18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"Real"-"Atletik" və "Qranada"-"Atletiko" oyunları təxirə salınıb
Tarix: 13-10-2021 21:28 | Bölmə: İdman
"Real"-"Atletik" və "Qranada"-"Atletiko" oyunları təxirə salınıb

İspaniya Ali İdman Şurası La Liqanın 9-cu turunun bir sıra oyunlarını təxirə salıb.

"Marca" xəbər verir ki, oktyabrın 17-də keçirilməli olan "Real" - "Atletik" və "Qranada" - "Atletiko" matçları təyin olunan gündə reallaşmayacaq.

Oktyabrın 15-də Cənubi Amerika zonası üzrə DÇ-2022-nin seçmə mərhələsinin görüşləri səbəbindən bu qərar verilib. Sözügedən komandaların futbolçularının La Liqa oyunlarına tam hazırlaşmağa vaxtları olmayacaq.

Qarşılaşmaların yeni tarixləri daha sonra açıqlanacaq.

Xatırladaq ki, 8 turdan sonra "Real" La Liqanın turnir cədvəlində 17 xalla 1-ci pillədə qərarlaşıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər