“Marsel”-“Qarabağ” oyunu ilə bağlı yeni qərar verilib
Tarix: 01-02-2022 10:07 | Bölmə: İdman
“Marsel”-“Qarabağ” oyunu ilə bağlı yeni qərar verilib

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək. Reyting.az xəbər verir ki, Fransa hökuməti Liqa təmsilçisinin müraciətini müsbət cavablandıraraq, görüşün ölkədə baş tutmasına icazə verib.

Xatırladaq ki, Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlər Fransada qəbul olunmur. Lakin idmana məsul nazirin nümayəndəsi Roksana Marasinyanu deyib ki, Rusiya və Çin peyvəndi vurulan idmançılar ölkə ərazisinə daxil ola bilərlər.

Nümayəndə əlavə edib ki, xarici idmançılar ölkələrində tam peyvənd təqvimini təqdim etmələri və ciddi sağlamlıq protokoluna əməl etmək şərti ilə Fransaya buraxılacaqlar. Futbolçular qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər. Bu isə o deməkdir ki, “Marsel”-“Qarabağ” matçının “Velodrom” stadionunda keçirilməsinə heç bir maneə qalmayıb.

Qeyd edək ki, Fransadakı görüş fevralın 17-də baş tutacaq. Cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər