UEFA yeni turnir təsis etmək istəyir
Tarix: 11-05-2022 23:03 | Bölmə: İdman
UEFA yeni turnir təsis etmək istəyir

UEFA Avropa futboluna daha bir yenilik gətirməyə hazırlaşır.

"Associated Press" xəbər verir ki, qurum 2024/2025 mövsümündən etibarən klubların yeni mövsümə hazırlığı ilə bağlı mini-turnir keçirməyi planlaşdırır.

ABŞ-da təşkili nəzərdə tutulan turnirin daha çox gəlir gətirəcəyi ehtimal edilir.

UEFA sponsorluq üçün "Relevent Sports"la anlaşmaq istəyir/Report.

Şirkət 2013-cü ildən yeni mövsüm öncəsi fərqli ölkələrdə keçirilən Beynəlxalq Çempionlar Turunun da əsas sponsorlarından biridir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}