"Mançester Siti" “Arsenal”la 45 milyon dəyəri olan anlaşma əldə etmək istəyir
Tarix: 25-06-2022 10:12 | Bölmə: İdman
"Mançester Siti" “Arsenal”la 45 milyon dəyəri olan anlaşma əldə etmək istəyir

"Mançester Siti"nin futbolçusu Qabriel Jesus klubu tərk etmək üzrədir.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

Məlumata görə, “Arsenal” transferlə bağlı “şəhərlilər”lə şifahi razılığa gəlib. "Topçular" keçidə 45 milyon sterlinq ödəməyə zəmanət verib. İndi London təmsilçisi braziliyalı futbolçunun menecerləri ilə danışıqlar aparır. Onun gələcək müqaviləsinin detalları müzakirə olunur.

Qeyd edək ki, Jesus geridə qalan mövsüm Premyer Liqada 28 oyunda 8 qol vurub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}