Millətlər Liqası: bu gün Şotlandiya-Ukrayna qarşılaşması olacaq
Tarix: 21-09-2022 08:21 | Bölmə: İdman
Millətlər Liqası: bu gün Şotlandiya-Ukrayna qarşılaşması olacaq

Bu gün UEFA Millətlər Liqasının C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış oyun keçiriləcək.

Reyting.az
-ın məlumatına görə, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.

Hazırda Ukrayna yığması 3 oyundan 7 xalla qrupa başçılıq edir. 6 xalı olan Şotlandiya seçməsi isə 2-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası

B Divizionu

I qrup


22:45. Şotlandiya - Ukrayna

Baş hakim: Mauritsio Mariani (İtaliya)

Qlazqo, "Hempden Park" stadionu

Xal durumu: Ukrayna - 7, Şotlandiya - 6, İrlandiya - 4 (4 oyuna), Ermənistan - 3 (4 oyuna).(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}