Müharibədə daha bir idmançı həlak olub
Tarix: 25-01-2023 15:32 | Bölmə: İdman
Müharibədə daha bir idmançı həlak olub

Ukraynanın Donetsk vilayətində (Baxmut yaxınlığında) ruslara qarşı döyüşlərdə daha bir idmançı - Eduard Kostritsa həlak olub. Döyüş sənəti üzrə 30 yaşlı tanınmış idmançının yanvarın 23-də həlak olduğu bildirilir.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Ukrayna Milli Qarışıq Döyüş Sənəti Federasiyası yayıb.

Xatırladaq ki, Kostritsa 2019-cu ildə Romada MMA üzrə Avropa çempionatının gümüş medalını qazanıb. O, 2021-ci ildə Praqada 52 kq çəki dərəcəsində qarışıq döyüş sənətləri üzrə Dünya Kubokunun qalibi olub. Çexiyada keçirilən həmin turnirdə Ukrayna komandası gənclərin komanda hesabında ən yaxşı, böyüklərin hesabında isə üçüncü olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}