Erməni futbolçu Türkiyə millisində oynayacaq? - "Qalatasaray" Zaxaryan üçün kisənin ağzını açıb
Tarix: 21-02-2023 14:53 | Bölmə: İdman
Erməni futbolçu Türkiyə millisində oynayacaq? - "Qalatasaray" Zaxaryan üçün kisənin ağzını açıb

Transfer dönəminə sürətli davam edən "Qalatasaray" bu dəfə erməni futbolçu ilə anlaşmaq üzrədir.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, "Sarı-qırmzılılar" İtaliyanın "Sassuolo" komandasından Kaan Ayhan, "Roma"dan Zaniolo və "Hatayspor"dan Adekugbeni heyətinə qatdıqdan sonra indi də Rusiyanın "Dinamo Moskva" komandasında ulduzu parlayan Arsen Zaxaryan üçün danışıqlara başlayıb.

İtaliya mətbuatı yazır ki, Moskva klubu onun transferi üçün 15 milyon avro tələb edir: "Qalatasaray" isə onun klubunu 13 milyon avroya razı salmaq üzrədir. Anlaşma çox yaxında bitəcək, Türkiyə klubu erməni oyunçu üçün 13 milyon avro ödəyəcək. "Dinamo Moskva" anlaşmanı qəbul edərsə, Zaxaryanla 2027-ci ilə qədər müqavilə imzlanacaq. "Qalatasaray" ona illik 1.9 milyon avro maaş verəcək".

Türkiyə mətbuatı isə yazır ki, Zaxaryan "Qalatasaray"a transfer olunsa, o, Türkiyənin 21 yaşlılardan ibarət milli komandasına da cəlb olunacaq.

Məlumata görə, erməni futbolçu Türkiyə Futbol Federasiyasının mövcud tələbindəki 14 əcnəbidən biri olaraq sayılmayacaq və millidə oynamaq üçün kvota hüququndan yararlanacaq.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}