Türkiyədə yarıməsrlik tarixi olan klub liqadan rəsmən çəkilib
Tarix: 21-02-2023 20:37 | Bölmə: İdman
Türkiyədə yarıməsrlik tarixi olan klub liqadan rəsmən çəkilib

Türkiyədə yarıməsrlik tarixi olan klub liqadan rəsmən çəkilib.

Reyting.a
z xəbər verir ki, bu barədə Türkiyədə 3-cü liqada mübarizə aparan "Elazığspor" klubu rəsmi açıqlama yayıb.

Klubun açıqlamasına görə, fevralın 6-da və dünən baş verən zəlzələlər, həmçinin bölgədə elan olunan 3 aylıq fövqəladə vəziyyət rejimi futbol oynamalarını mümkünsüz edib: "Xüsusən də oyunçularımızın psixoloji travmaları bizi bu qərarı rəkrar verməyə məcbur etdi...".

Klubun məlumatına görə, liqadan geri çəkilmə barədə qəti qərarlarını Türkiyə Türkiyə Futbol Federasiyasına (TFF) bildiriblər.

Xatırladaq ki, bundan əvvəl klub bir dəfə TFF-yə geri çəkilmə ilə bağlı müraciət etsə də, rədd cavabı almışdı.

Onu da qeyd edək ki, "Elazığspor" geridə qalan 21 turda 6 qalibiyyət, 6 bərabərlik, 9 məğlubiyyətlə 24 xalla 11-ci yerdə qərarlaşıb.

TFF-nin qərarına görə, liqalardan geri çəkilən klublar gələn mövsümdən qaldıqları yerdən davam edəcəklər.

"Elazığspor"a qədər isə "Super Liqa, Spor Toto 1-ci liqa, 2-ci liqa və 3-cü liqadan ümumilikdə 9 komanda çəkilib.

Onaırn siyahısı belədir:

1. Hatayspor

2. Qaziantep

3. Adanaspor

4. Yeni Malatyaspor

5. Adıyamanspor

6. Diyarbəkirspor

7. Malatya Arguvanspor

8. Kahramanmaraşspor

9. Osmaniyespor

E.ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}