17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Suada Dilberoviç" turniri: Azərbaycan millisi 15 medal qazanıb
Tarix: 02-04-2023 11:30 | Bölmə: İdman
"Suada Dilberoviç" turniri: Azərbaycan millisi 15 medal qazanıb

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Bosniya və Herseqovinada keçirilən “Suada Dilberoviç” turnirində 15 medal qazanıb.

Federasiyadan Reyting.az-a verilən məlumata görə, onlardan 5-i qızıl, 5-i gümüş və 5-i bürünc əyarlıdır.

Alina Məmmədova üç qızıl (çoxnövçülük, halqa, top), bir gümüş (lent), bir bürünc ( gürzlər), Leyli Ağazadə iki qızıl (gürzlər, lent), iki gümüş (çoxnövçülük, halqa), bir bürünc ( top), Mədinə Dəmirova isə iki gümüş ( top, gürzlər) və üç bürünc ( çoxnövçülük, lent, halqa) medala sahib çıxıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}