16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ Türkiyə şirkətinə qadağa tətbiq edib
Tarix: 06-06-2023 15:58 | Bölmə: İqtisadiyyat
ABŞ Türkiyə şirkətinə qadağa tətbiq edib

ABŞ Türkiyənin “Southvind Airlines” aviaşirkətinə Amerikanın “Boeing 737 MAX” təyyarələri ilə Rusiyaya uçuşu qadağan edib.

Reyting.az
-ın xəbərinə görə, “İzvestiya” Rusiya aviadaşıyıcılarına istinadla bildirir ki, ABŞ “Southvind”-i sanksiyalarla hədələyib və onun təyyarələrinə xaricdə xidmət göstərməyi yasaq edib.

Bununla belə, aviaşirkətin təyyarələri ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosunun martın 3-də açıqladığı son sanksiyalar siyahısında deyil.

Turoperatorlar Assosiasiyasının vitse-prezidenti Artur Muradyan deyib:

“Narahatedici sual yaranır: amerikalılar nə qədər irəli getməyə hazır olacaqlar? “Southvind” bazar üçün o qədər də kritik deyil, digər türk və rus aviaşirkətləri daha çox sərnişin daşıyır”.

“Southvind Airlines” 2022-ci ildə “Pegas Touristik” səyahət holdinqi tərəfindən rusları Türkiyə kurortlarına daşımaq üçün yaradılan türk çarter aviaşirkətidir. Aviaşirkətin donanması qismən Rusiyanın “Nordvind Airlines” şirkətinin (Pegas Touristik holdinqinin bir hissəsi) keçmiş təyyarələrindən ibarətdir.

“Southvind Airlines” donanmasında üç “Boeing 737 MAX” var. Onlardan ikisi bu yaxınlarda Rusiyaya uçuşlar həyata keçirib. Hər iki təyyarə əslində icarədədir və “Air Lease” Korporasiyasına məxsusdur. Xüsusilə, təyyarələr Ufa, Samara, Novosibirsk, Orenburq, Kalininqrad və Nijni Novqorod istiqamətlərinə həftədə 10-12 dönüş uçuşu həyata keçirib. İyunun 1-dən onlar Almaniya və İsveçrəyə uçublar.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra ABŞ və Avropa İttifaqı Rusiyanın aviasiya sənayesinə qarşı sanksiyalar tətbiq edib. Rusiya aviaşirkətlərinin təyyarələri xaricdə həbs olunmağa başlayıb və onlara texniki xidmət göstərilməyib. Buna görə də, “Boeing” və “Airbus”-un əksəriyyəti Rusiya ərazisini tərk etmir və yalnız daxili reyslər həyata keçirir.

2 mart 2022-ci ildə dünyanın ən böyük təyyarə istehsalçıları “Boeing” və “Airbus” Ukraynanın işğalı ilə əlaqədar Rusiyada fəaliyyətini dayandırıb. Onlar Rusiyaya ehtiyat hissələrin göndərilməsini, Rusiya Federasiyasından olan aviaşirkətlərə texniki xidmət və texniki dəstəyi dayandırıblar. Daha sonra Avropada Rusiya Federasiyasının bütün aviaşirkətləri üçün təyyarələrin uçuşa yararlılıq sertifikatlarının qüvvəsi dayandırılıb. Bu sənəd olmadan təyyarə səmaya qalxa və uça bilməz. 2023-cü il iyunun 2-də məlum olub ki, Rusiya “Aeroflot”u sanksiyalardan yan keçərək “Airbus A350” təyyarəsində proqram təminatını yeniləyib. Rusiya aviadaşıyıcısına bu məsələdə Rusiya Federasiyasına dost olan ölkədən “qeyri-rəsmi proqram təminatı yeniləməsi və xidmət bülleteni paylaşan” aviaşirkət kömək edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}