20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanda normadan artıq ölüm qeydə alınıb
Tarix: 12-06-2023 09:21 | Bölmə: İqtisadiyyat
Azərbaycanda normadan artıq ölüm qeydə alınıb

İlin ortasında Azərbaycanda sosial müdafiə xərcləri birdən-birə 100 milyon manat azaldılsa da, kimsə hökumətdən bunun səbəbini soruşmur.

Reyting.az
xəbər verir ki, bunu Real Partiyasının sədri İlqar Məmmədov deyib.

Partiya sədri bildirib ki, son 3 ildə sərt karantin kimi tədbirlər nəticəsində Azərbaycanda 40 mindən çox, yəni normadan artıq ölüm qeydə alınıb.

İ. Məmmədov bildirib ki, Azərbaycan normadan artıq ölümlərin sayına görə Avropada anti-rekordçudur. “Görünür, bu ölümlərin böyük bir hissəsi cari ildə pensiya alacaq adamlara aiddir. Məsələn, deyək ki, yarısı. 100 milyon manatı əvvəlcə 20 min nəfərə və sonra bir daha 12 aya bölsək, bu, 416 manat edəcək. Bu isə təxminən orta aylıq pensiya səviyyəsində olan bir rəqəmdir. Hesablama təxminidir, amma izah kimi tam yararlıdır. Hökumətin keyfiyyətli izahının yoxluğunda isə yeganə ağlabatan izahdır",- deyə partiya sədri əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər