20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Kənd təsərrüfatı kreditlərinə dair yeni qaydalar hazırlanır
Tarix: 12-06-2023 12:39 | Bölmə: İqtisadiyyat
Kənd təsərrüfatı kreditlərinə dair yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) onun inflyasiya proqnozuna inanmayanlarla müzakirələrə açıqdır.

Reyting.az
xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

T. Kazımov deyib ki, illik 11,3 fazi inflyasiya proqnozlaşdırırlar: "Amma bu proqnoza yenə də baxılacaq. Sözsüz ki, biz beynəlxalq maliyyə institutlarının proqnozlarını da nəzərdən keçiririk. Xahiş edirəm ki, kiminsə öz proqnozları varsa, bizimlə müzakirə etsin, paylaşsın. Bizim proqnozumuza inanmayanlarla da müzakirəyə hazırıq".

AMB sədri qeyd edib ki, Azərbaycandakı inflyasiyanın bir hissəsi idxal olunan inflyasiyadır: "Aprel ayında 12,8 faiz inflyasiyanın 6 faizdən çoxu idxal olunan inflyasiya olub. Ümumən, bizim yaşadığımız inflyasiyanın 80 faizə qədəri idxal olunan inflyasiyadır. Kim istəsə, bunu əsaslandıra bilərik. AMB inflyasiyanın qarşısını almaq üçün bir neçə addım atır, o cümlədən istehlak kreditlərini məhdudlaşdırıb. Sabit məzənnə rejimi nominal effekti ilə inflyasiyaya azaldıcı təsir göstərir. Bizim inflyasiyanı nəzarət altına almaq üçün atacağımız növbəti addım uçot dərəcəsinin effektivliyini artırmaqla bağlı olacaq. Keçən il sentyabr ayından başlayaraq, yeni pul siyasəti həyata keçiririk. Banklararası aylıq dövriyyə artıq 3 milyard manatı ötüb. Bu, tarixi rekorddur, o deməkdir ki, banklar bir-birinə kredit verməyə başlayıb".

Baş bankir bildirib ki, kənd təsərrüfatı kreditlərinə dair yeni qaydalar hazırlanir: "Ümid edirik ki, bu, sırf kənd təsərrüfatı istehsalçıları üçün maliyyələşmə nöqteyi-nəzərdən böyük töhfə verəcək. Eyni zamanda girov tələbləri ilə bağlı riskləri nəzərə alaraq bir qədər yumşaldırıcı yanaşma etməyi düşünürük".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər