43 şirkətə ixrac nəzarəti tətbiq olunub
Tarix: 12-06-2023 21:38 | Bölmə: İqtisadiyyat
43 şirkətə ixrac nəzarəti tətbiq olunub

ABŞ Ticarət Nazirliyi Çindən 31 şirkətə, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 5 və Böyük Britaniyadan 2 müəssisəyə ixrac nəzarəti tətbiq edib.

Reyting.az
-ın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, Ticarət Nazirliyi 43 şirkəti ixrac nəzarəti tədbirləri tətbiq olunan şirkətlər siyahısına əlavə edib. ABŞ hökuməti bildirir ki, həmin şirkətlər beynəlxalq siyasətin maraqlarına və ya ABŞ-ın milli təhlükəsizliyinə zidd hərəkətlərə yol verirlər.

Mayın sonunda Çin kritik informasiya infrastrukturunun milli operatorlarına Amerika çip istehsalçısı “Micron Technology”dən məhsul almağı qadağan edib. Bundan əvvəl Çin çip istehsalçısı “Micron”nun milli təhlükəsizliyə mümkün təhlükə olub-olmadığını yoxlamağa başlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}