20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İqtisadçı: "Türkiyədə demoqrafik vəziyyət təxminən 2040-cı ildə Azərbaycandakı həddə çatacaq"
Tarix: 14-06-2023 08:48 | Bölmə: İqtisadiyyat
İqtisadçı: "Türkiyədə demoqrafik vəziyyət təxminən 2040-cı ildə Azərbaycandakı həddə çatacaq"

"TurkStat-ın məlumatına görə, 2022-ci ildə Türkiyədə uşaqların (0-17 yaş) ümumi əhalidə payı 26,5% olub. Halbuki 1970-ci ildə bu göstərici 48,5%, 1990-cı ildə 41,8% olub. Proqnozlar ürəkaçan deyil. Çünki proqnoza görə, 2030-cu ildə əhalinin 25,6%-i, 2040-cı ildə 23,3%-i, 2080-ci ildə 19%-i uşaqlardan ibarət olacaq".

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev bildirib.

S. Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda uşaqlar 1990-cı ildə əhalinin 38,5%-ni, 2021-ci ildə 23,9%-ni təşkil edib: "Yəni proqnozlar özünü doğrultsa, Türkiyədə demoqrafik vəziyyət təxminən 2040-cı ildə Azərbaycandakı həddə çatacaq.

Fertillik əmsalına (ümumi nəsilvermə əmsalı) gəlincə, Azərbaycanda 1990-cu ildəki 2,77-dən 2021-ci ildəki 1.52-yə düşüb. Türkiyədə analoji göstərici 2008-ci ildə 2,38 olduğu halda 2022-ci ildə 1,62-yə düşüb. Türkiyədə ən yüksək göstərici Şanlıurfada (3,59), ən aşağı göstərici isə Kütahyada (1,18) qeydə alınıb. Türkiyə xəritəsinə baxsaq, ən aşağı göstəricilər şimal, şimal-qərbi və şimal-şərqi ərazilərdə, ən yüksək göstəricilər isə cənub, cənub-şərqi və şərq ərazilərdə olub. Bundan başqa, 2021-ci ildə Azərbaycanda ev təsərrüfatlarının orta ölçüsü 4,12, Türkiyədə isə 3,23 təşkil edib".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər