20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya Mərkəzi Bankının aktivlərini müsadirə etmək istəyirlər
Tarix: 16-06-2023 00:35 | Bölmə: İqtisadiyyat
Rusiya Mərkəzi Bankının aktivlərini müsadirə etmək istəyirlər

ABŞ senatorlarından ibarət ikipartiyalı qrup Rusiya aktivlərinin müsadirəsi və Ukraynaya köçürülməsi imkanlarını xeyli genişləndirəcək Ukraynanın İqtisadi Rifah və İmkanların Bərpası Aktını (REPO) təqdim edib.

Reyting.az
xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Senatının Xarici Əlaqələr Komitəsi məlumat yayıb.

Qanun layihəsi Rusiya Federasiyası Mərkəzi Bankından müsadirə edilmiş aktivlər və Rusiyanın digər suveren aktivləri hesabına Ukraynaya əlavə yardımın göstərilməsini nəzərdə tutur.

Sənəd qəbul olunarsa, prezidentə ABŞ-da dondurulmuş Rusiyanın suveren aktivlərini müsadirə etmək və Ukraynanın yenidən qurulmasına kömək üçün təhvil vermək səlahiyyəti olacaq.

Bundan əlavə, sanksiyaya məruz qalan Rusiya şirkətləri “Rusiya öz qoşunlarını Ukraynadan çıxarana və səbəbsiz müharibənin vurduğu zərərin ödənilməsinə razı olana qədər” aktivlərdən mənfəət əldə edə bilməyəcəklər.

REPO həmçinin Rusiyanın digər ölkələrdəki suveren aktivlərinin oxşar müsadirəsi üçün ABŞ və müttəfiqləri arasında koordinasiyanın artırılmasını nəzərdə tutur.

Oxşar təşəbbüslə ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar və Respublikaçılar partiyalarının nümayəndələri də çıxış ediblər.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər