14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İqtisadiyyatdan yazan jurnalistlər üçün təlimlər keçirilib - Fotolar
Tarix: 20-06-2023 14:24 | Bölmə: İqtisadiyyat
İqtisadiyyatdan yazan jurnalistlər üçün təlimlər keçirilib

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və İqtisadiyyatın Əsasları Təşəbbüsünün birgə təşkilatçılığı ilə Bakıda iqtisadiyyat üzrə ixtisaslaşmış jurnalistlər üçün seminar təşkil edilib.

Reyting.az
-ın məlumatına görə, seminarın məqsədi maliyyə savadlılığını artırmaq, media orqanları və universitetlərin jurnalistika fakültəsi tələbələrinin potensialını gücləndirmək və ictimaiyyətin məlumatlandırılmasına töhfə verməkdir.

Diskussiya formatında keçən seminarda iqtisadiyyat sahəsində ixtisaslaşma ilə bağlı jurnalistlərin suallarını cavablandıran seminar təlimçiləri ABŞ-ın aparıcı universitetlərinin professorları Randall Filer, Tawni Ferrarini və Joseph Calhoun olub.

Təlimdə aparıcı media qurumlarının əməkdaşları, dövlət qurumlarında içtimai əlaqələr üzrə mütəxəssislər, ekspertlər və tələbələr iştirak ediblər.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}