20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazirlər Kabineti dövlət rüsumunun hesablanması qaydasını təsdiq edib
Tarix: 20-06-2023 15:17 | Bölmə: İqtisadiyyat
Nazirlər Kabineti dövlət rüsumunun hesablanması qaydasını təsdiq edib

Dövlət rüsumunun hesablanması və dövlət büdcəsinə köçürülməsinə nəzarət qaydası təsdiq edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin 199 nömrəli qərarı ilə təsdiq edilən “Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası” dövlət rüsumu tutan idarə və təşkilatlar tərəfindən xidmətlər və hüquqi hərəkətlər üzrə dövlət rüsumunun hesablanması və dövlət büdcəsinə köçürülməsi üzrə təqdim edilən hesabatlara dair məlumat mübadiləsinin aparılması, dövlət rüsumu tutan idarə və təşkilatlarda dövlət rüsumunun düzgün tutulması və dövlət büdcəsinə köçürülməsi ilə bağlı yoxlama, təhlil, monitorinq aparılmasını nəzərdə tutur.

Həmçinin dövlət rüsumu tutan idarə və təşkilatlar tərəfindən xidmətlər və hüquqi hərəkətlərə görə dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət funksiyalarının bölgüsü müəyyən edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər