14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İnformasiya texnologiyaları üzrə beynəlxalq şirkətlərin Azərbaycana marağı artır
Tarix: 21-06-2023 09:39 | Bölmə: İqtisadiyyat
İnformasiya texnologiyaları üzrə  beynəlxalq şirkətlərin Azərbaycana marağı artır

İnformasiya texnologiyaları (İT) üzrə beynəlxalq səviyyəli böyük şirkətlər Azərbaycanda texnopark rezidentliyinə maraq göstərməyə başlayıb.

Reyting.az
-ın xəbərinə görə, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “Tech Mahindra” şirkətinin baş vitse-prezidenti Sandip Padke və şirkətin Avropa, Böyük Britaniya və İrlandiya üzrə strategiya rəhbəri Şobita Şetti ilə görüşüb.

Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzün sözlərinə görə, bu şirkətin 7 milyard dollarlıq dövriyyəsi və 150 mindən çox işçisi var.

Mərkəzi rəhbəri xatırladıb ki, “Tech Mahindra” şirkəti Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin sonunda imzaladığı fərmanla təsdiqlənən İKT sahəsindəki bir sıra güzəşt və imtiyazlardan sonra Azərbaycana maraq göstərən ilk qlobal texnoloji şirkətdir.

Mütəxəssis düşünür ki, bu cür şirkətlərin Azərbaycana maraq göstərməsi və əməkdaşlıq səyləri yetərincə əhəmiyyətlidir. O, ümid edir ki, şirkətin Azərbaycanla əməkdaşlığı uzunmüddətli, faydalı və uğurlu olacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}