18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Tarix: 21-06-2023 11:06 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Reyting.az
xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10 % saxlanılıb.

"Bu qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul edilib", - deyə AMB bəyan edib.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 26-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur