14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Türkiyə taxıl müqaviləsinin uzadılmasına çalışacaq
Tarix: 22-06-2023 22:57 | Bölmə: İqtisadiyyat
Türkiyə taxıl müqaviləsinin uzadılmasına çalışacaq

Türkiyənin Müdafiə naziri Yaşar Gülərin ukraynalı həmkarı Aleksey Reznikovla telefon danışığı olub.

Türkiyə mətbuatı yazır ki, Reznikov Güləri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Söhbət zamanı tərəflər Ukrayna limanlarından taxıl daşınması ilə bağlı mövcud vəziyyəti müzakirə ediblər. Yaşar Gülər qlobal ərzaq böhranının həllinə böyük töhfə və bütün bəşəriyyətə fayda verən taxıl təşəbbüsünün fasiləsiz işləməsinin vacibliyini qeyd edib.

Gülər bildirib ki, Türkiyə aktual problemlərin həllinə töhfə verməyə davam edəcək.

O, ukraynalı əmkarını əmin edib ki, Ankara regionda sülhün təmin edilməsi və humanitar vəziyyətin həlli üçün konstruktiv təşəbbüsləri irəli sürəcək, xüsusən iyulun 17-də başa çatacaq Taxıl Dəhlizi Sazişinin yenidən uzadılması istiqamətində səylərini davam etdirəcək.

ELÇİN
Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}