20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa İttifaqı Ermənistan şirkətinə sanksiya tətbiq edib
Tarix: 23-06-2023 17:47 | Bölmə: İqtisadiyyat
Avropa İttifaqı Ermənistan şirkətinə sanksiya tətbiq edib

Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi 11-ci sanksiya paketinə Ermənistanın “Taco” Açıqtipli Səhmdar Cəmiyyəti də daxil edilib.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Bürosunun sanksiya siyahısına Ermənistanda qeydiyyatdan keçmiş iki şirkət daxildir: Taco və “Milur Electronics”.

Siyahıya əsasən, hər iki şirkət elektron məhsulların topdansatışı ilə məşğuldur. “Taco” Rusiyanın elektronika dileri “Radioavtomatika”, “Milur Electronics” isə RF-nin inteqral sxem dizayneri “Milandr” ilə əlaqəlidir.

Qeyd edək ki, son ildə Ermənistanın iki şirkəti ABŞ və Avropa İttifaqının sanksiyasına məruz qalıb.

Məlumata görə, Avropa İttifaqı komissiyasının siyahısında Rusiyanın 87 şirkəti var.

Siyahıda Ermənistanla yanaşı, Çin, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri və Suriya şirkətləri də var(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər