20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukrayna ərazisindən qaz tranzitinin uzadılma şərti açıqlanıb
Tarix: 25-06-2023 10:07 | Bölmə: İqtisadiyyat
Ukrayna ərazisindən qaz tranzitinin uzadılma şərti açıqlanıb

Ukrayna ərazisindən Rusiyanın qaz tranziti üzrə müqavilənin 2024-cü ildə uzadılması qərarı Avropa ilə dialoqdan asılıdır. Reyting.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə ekspertlər bildiriblər.

Strateji Araşdırmalar Mərkəzinin Yanacaq-energetika sektorlarının iqtisadiyyatı mərkəzinin direktoru Aleksandr Amiraqyan deyib ki, belə bir qərar avropalı istehlakçıların maraqları nəzərə alınmaqla və onların iştirakı ilə veriləcək. Mərkəz direktoru əlavə edib ki, hazırda qaz Ukrayna ərazisindən keçməklə Şərqi Avropa ölkələrinə, ilk növbədə, Slovakiya, Avstriya və Macarıstana nəql olunur. İqtisadçının fikrincə, tədarükün saxlanmasında məhz bu ölkələr maraqlı olacaq.

“Vygon Consulting” şirkətinin tədqiqat direktoru Mariya Belova qeyd edib ki, hazırda tərəflərdən heç biri əməkdaşlığın başa çatması barədə rəsmi açıqlama verməyib. O, əlavə edib ki, nəzəri olaraq gələn il tranzit sazişinin müddətinin uzadılması üçün danışıqları gözləmək olar. “Qazprom”un Ukrayna ərazisindən tranzit sazişinin taleyi ilə bağlı qərarı əsasən onun Avropadakı müştəriləri ilə gələcək qarşılıqlı əlaqələrin formatından asılı olacaq”, - Belova bildirib.

Milli Enerji Təhlükəsizliyi Fondunun (NESF) aparıcı analitiki İqor Yuşkov 2024-cü ilə qədər Ukrayna ərazisindən qaz tranzitinin dayandırılmasının bir sıra ciddi qarşılıqlı iddialar və tərəflər arasında ziddiyyətlər olması səbəbindən baş verə biləcəyini diqqətə çatdırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər