20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
SOCAR "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri"ndəki iştirak payını satıb
Tarix: 25-06-2023 17:48 | Bölmə: İqtisadiyyat
SOCAR "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri"ndəki iştirak payını satıb

Dövlət Neft Şirkəti (SOCAR) "Şahdəniz" Hasilatın Pay Bölgüsü Sazişindəki 14,35 %-lik iştirak payını "Cənub Qaz Dəhlizi Upstream" MMC-yə satıb.

Reyting.az
SOCAR-a istinadən xəbər verir ki, şirkət həmçinin Cənubi Qafqaz Boru Kəmərindəki 14,35 %-lik iştirak payını "Cənub Qaz Dəhlizi Midstream" MMC-yə ötürüb.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Hazırda “Şahdəniz”də iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKOYL” (19,99 %), TPAO (19,00%) və NİKO (10,0%).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər