Cəfərli: "Qərbin uğurlu modeli Yaponiya və Sinqapurdur, Rusiyanın uğurlu modeli isə…"
Tarix: 29-06-2023 11:34 | Bölmə: İqtisadiyyat
Cəfərli: "Qərbin uğurlu modeli Yaponiya və Sinqapurdur, Rusiyanın uğurlu modeli isə…"

"Qərb-Rusiya qarşıdurmasında hər tərəfin öz arqumentləri var. Amma faktlar arqumentləri "döyür". Fakt odur ki, ABŞ-ın köməyi ilə Almaniya müharibədən sonra inkişaf etdi, eləcə də Yaponiya, Cənubi Koreya, Sinqapur kimi uğurlu modellər qurulub".

Reyting.az
-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Cəfərli daha sonra sual verib:

"Yaxşı, SSRİ-Rusiyanın hansı uğurlu modeli var?! Kuba-Karib dənizinin cənnəti ən kasıb ölkələrdən birinə çevrilib, Şimali Koreya - BMT düyü verməsə acından ölər, post-sovet respublikarı (Baltikyanı ölkələr xaric) - hər yerdə problem, "barıt çəlləyi", müharibələr, kasıblıq…

İndi deyəcəksiz ki, Qərbin cinayətləri olmayıbmı?!

Olub - Liviya, Suriya, İraq, Əfqanıstan. Amma burda SSRİ-nin də payı az deyil. Böyük səhvlər idi, insanlıq adına utanc hələ də davam edir. Amma uğurlu layihələri də var. Rusiyanın isə belə bir layihəsi yoxdur. Moskvanın ən zəif nöqtəsi, təbliğatının ən böyük "qara dəliyi" məhz budur".

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}