20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İqtisadçı: "Vətəndaş vergisinə tikilən meydançanı gənclərin istifadəsinə verin!"
Tarix: 01-07-2023 09:26 | Bölmə: İqtisadiyyat
İqtisadçı: "Vətəndaş vergisinə tikilən meydançanı gənclərin istifadəsinə verin!"

"Bir neçə il öncə Bakıda, bulvarda "Dəniz Mall"-ın yaxınlığında skeyt-park açdılar. Çox gözəl tikilib, yeniyetmələrin, gənclərin maraqlı əyləncə və idman məkanı idi. Yay aylarında axşamlar peşəkarlar, yəni bu idman növü ilə məşğul olanlar meydançaya gəlir, əylənirdilər. Bulvarda dincələn əhali də ətrafa yığışıb maraqla izləyirdi".

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

N. Cəfərli bildirib ki, artıq bir neçə gündür skeyt-parkı dəmir hasara alıblar, heç kəsi buraxmırlar, hələ elan da asıblar, amma heç bir izah vermirlər.

N. Cəfərli bu biabırçılığa son qoyulacağına və büdcə puluna, vətəndaş vergisinə inşa edilən meydançanı tezliklə uşaqların, gənclərin istifadəsinə açacaqlarına ümid edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər