20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
"Aztelekom” və “Baktelecom" cərimələnib
Tarix: 06-07-2023 09:49 | Bölmə: İqtisadiyyat
"Aztelekom” və “Baktelecom" cərimələnib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC-lər barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib.

Reyting.az
Dövlət Xidmətinə istinadla xəbər verir ki, bundan əvvəl qurum özəl internet provayderlərinə göstərilən xidmətin tariflərində artımların tətbiq edilməsinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan araşdırma, eləcə də bir sıra özəl internet provayderlərdən də daxil olmuş müraciətlər əsasında “Aztelekom” və "Baktelecom" barədə iş qaldırıb. İşə baxılması zamanı Cəmiyyətlərin dövlət (Tarif (qiymət) Şurası) tərəfindən tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdikləri və bununla bağlı qeyd edilən Cəmiyyətlərin bir sıra qanunvericilik aktlarının tələblərini pozması müəyyən olunub.

Qəbul olunan qərara görə, “Aztelekom” və "Baktelecom"a onların daxili əmri ilə müəyyən edilmiş xidmət tariflərinin “Telekommunikasiya haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunların, habelə Tarif (qiymət) Şurasının qərarlarının tələblərinə uyğunlaşdırılması haqqında göstəriş verilib və adı çəkilən Cəmiyyətlərə maliyyə sanksiyası şəklində cərimə tətbiq edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər