Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin sayı artırılır
Tarix: 06-07-2023 12:32 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin sayı artırılır

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) üzvlərinin sayı 7-dən 9-a çatdırılır.

Reyting.az 
xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, İH AMB-nin kollegial ali idarəetmə orqanıdır. Onun tərkibi sədr, daimi əsaslarla işləyən 6 üzv (hazırda 4 üzvdür) və 2 kənar üzv daxil olmaqla 9 üzvdən ibarətdir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}