20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Prezident: "Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur"
Tarix: 11-07-2023 17:55 | Bölmə: İqtisadiyyat
Prezident: "Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur"

"Bir neçə il bundan əvvəl biz qarşıya hədəf qoymuşduq ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun. Biz artıq bu hədəfə də çatdıq".

Reyting.az
 xəbər verir ki, bu sözləri prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlətimizin başçısı bildirib ki, mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.

Prezidentin sözlərinə görə, onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə, 33 milyard manatdan çox səviyyəyə qalxıb: "Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik".

Bu gün ölkəmizin büdcəsinin 36 milyard manatdan çox olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və hərbi gücümüzü artıraq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər