20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Tarix: 13-07-2023 17:08 | Bölmə: İqtisadiyyat
Azərbaycanda elektrik enerjisi istehsalı artıb

2023-cü ilin yanvar-iyun aylarında ölkə üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 381,2 mln. kVt•st, yəni 2,8 faiz artaraq 13 907,9 mln. kVt•st olub.

Reyting.az
xəbər verir ki, bu barədə Energetika Nazirliyi operativ məlumatlara əsasən bildirib.

Altı ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 12 826,1 mln. kVt•st, SES-lərdə 891,0 mln. kVt•st, digər mənbələr üzrə isə 190,8 mln. kVt•st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 31,7 mln. kVt•st, günəş elektrik stansiyalarında 32,3 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 126,8 mln. kVt•st elektrik enerjisi istehsal edilib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 472,4 mln. kVt•st (İES-lərdə 11 644,3 mln. kVt•st, SES-lərdə 828,1 mln. kVt•st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 218,6 mln. kVt•st (İES-lərdə 133,5 mln. kVt•st, SES-lərdə 55,7 mln. kVt•st, Günəş ES-də 29,4 mln. kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 24,4 mln. kVt•st, müstəqil elektrik stansiyaları üzrə isə 1192,5 mln. kVt•st təşkil edib.

2023-cü ilin birinci yarımili üzrə elektrik enerjisinin ixracı 1265,2 mln. kVt•st, idxalı isə 137,5 mln. kVt•st olub.

Qeyd edək ki, cari ilin iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2021,4 mln. kVt•st olub. İyun ayında elektrik enerjisinin idxalı 87,2 mln. kVt•st, ixrac isə 11,6 mln. kVt•st təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər