20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
BMT Rusiyaya “Taxıl sazişi” ilə bağlı sövdələşmə təklif edir
Tarix: 13-07-2023 18:05 | Bölmə: İqtisadiyyat
BMT Rusiyaya “Taxıl sazişi” ilə bağlı sövdələşmə təklif edir

“BMT-nin Baş katibi Antoniu Quterreş Rusiya Prezidenti Vladimir Putinə “Taxıl sazişi”ni uzatmağın əvəzində Rusiyanın “SWIFT” sisteminə qoşulmasını təklif edib”.

Bu barədə məlumatı “Reuters” yayıb.

BMT-nin rəsmi nümayəndəsi Stefan Dyujarrik agentliyin əməkdaşına bildirib ki, iyulun 11-də A.Quterreş V.Putinə məktub ünvanlayıb. İyulun 12-də V.Putinə “Taxıl sazişi”nin uzadılması ilə bağlı ünvanladığı məktubunda yazıb ki, BMT məsələ barədə təkliflər üzrə Moskva ilə əməkdaşlığa hazırdır.

S.Dyujarrik danışıqların təfərrüatlarını açıqlamasa da, əlavə edib ki, Baş katib bütün tərəflərlə məsələ ilə bağlı fikir mübadiləsi aparır və Rusiya ilə müzakirələri davam etdirməyə hazırdır.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.

Rusiya rəsmiləri sazişin uzadılması üçün heç bir imkan görmədiklərini bildiriblər(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər