20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Neft nəhəngi Rusiya ilə əməkdaşlığı dayandırır
Tarix: 15-07-2023 14:41 | Bölmə: İqtisadiyyat
Neft nəhəngi Rusiya ilə əməkdaşlığı dayandırır

Dünyanın ən böyük neft xidmətləri göstərən və avadanlıq tədarükçüsü olan SLB Rusiyaya məhsul və texnologiya tədarükünü dayandırır.

Reyting.az
xəbər verir ki, Karib dənizindəki Kurakao adasında yerləşən aparıcı neft-mədən xidmətləri şirkəti SLB öz qərarını Qərbin Rusiyaya qarşı sanksiyalarının genişləndirilməsi ilə əlaqələndirir.

“SLB ixraca nəzarət qanunlarını və iqtisadi sanksiyaları tətbiq etmək məsuliyyətini son dərəcə ciddi qəbul edir və şirkət beynəlxalq ictimaiyyətin Ukraynadakı müharibəni pisləmək və dayandırmağa çağırmaq mövqeyində qalır”, - şirkətin bəyanatında deyilir.

Xatırladaq ki, əvvəllər “Schlumberger” kimi tanınan SLB, Ukraynaya hücumdan sonra Rusiyanın neft sektorunda fəaliyyətini davam etdirən azsaylı təchizatçılardan biri olub. Bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentlik (NAPC) SLB-ni müharibənin beynəlxalq sponsorları siyahısına daxil edib. Ən azı əvvəllər şirkətin Rusiyada, xüsusən də Rusiyanın “Qazprom”, “Lukoil” və “Rosneft” kimi aparıcı neft və qaz şirkətlərində çalışan 9 minə yaxın işçisi var idi. Tam miqyaslı işğal zamanı SLB-nin Rusiya biznesi müharibədən əvvəlki rəqəmlərlə müqayisədə genişlənməyə davam edib, o zaman Rusiya “Schlumberger”-in gəlirinin yalnız 5 faizini təşkil edirdi. 2022-ci ilin birinci yarısında “Schlumberger”-in Rusiya bazarındakı gəliri 1,21 milyard dollar və ya şirkətin ümumi gəlirinin 6 faizini təşkil edib. Bundan əlavə, SLB Rusiya hakimiyyətinə Ukraynaya qarşı müharibəni davam etdirmək üçün səfərbər olmağa kömək edib, çağırış vərəqələrinin verilməsini asanlaşdırıb və hərbi xidmətə çağırılmaq istəməyənlərə uzaqdan işləməyi dayandırıb. Bu ilin əvvəlində məlum olub ki, SLB Rusiyadakı işçilərinə müəyyən proqram təminatı və mesajlaşma sistemlərinə girişi qadağan edib, həmçinin bölməni digər əməliyyatlardan qoruyub, lakin şirkətin Rusiya nümayəndəlikləri işləməyə davam edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər