20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ərdoğan Putinlə razılaşdığını desə də, Peskov etiraz edir
Tarix: 17-07-2023 09:11 | Bölmə: İqtisadiyyat
Ərdoğan Putinlə razılaşdığını desə də, Peskov etiraz edir

"Hazırkı Taxıl müqaviləsi çərçivəsində sonuncu gəmi Odessa limanını tərk edib. Son günlərin ən mühüm intriqası Ukraynadan taxıl ixracına dair razılaşmanın uzadılıb-uzadılmayacağıdır. Maraqlıdır ki, iqtisadi baxımdan sövdələşmənin uzadılması həm Ukrayna, həm də Rusiya üçün sərfəlidir. Çünki sonuncu müqavilədən çıxsa, onun taxılını beynəlxalq bazarlarda satması xeyli çətinləşəcək. Ukraynanın 40 milyon ton buğda (keçən ilin satılmamış məhsulu da daxil olmaqla), Rusiyanın isə 50 milyon tondan çox ixrac potensialı var".

Reyting.az
xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Politoloq əlavə edib ki, mövcud Taxıl müqaviləsinin başa çatmasına günlər qalmış Türkiyə prezidenti Ərdoğan Ukrayna taxılının Qara dənizlə ixracına icazə verən razılaşmanın uzadılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə razılaşdığına dair optimist iddialar səsləndirilir. Amma Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Türkiyə liderinin sözlərini təkzib edir.

Vəlizadə qeyd edib ki, hazırda Rusiya dünyanın gübrə bazarına çıxışın asanlaşdırılmasını tələb edir, Ukrayna isə malların keçidinə nəzarət rejiminin zəiflədilməsi ilə bağlı tələb irəli sürür.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər