20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Putinin sözçüsü: "Taxıl sazişinin müddəti başa çatıb"
Tarix: 17-07-2023 13:29 | Bölmə: İqtisadiyyat
Putinin sözçüsü: "Taxıl sazişinin müddəti başa çatıb"

"Taxıl sazişinin müddəti başa çatıb və sənədin vaxtı uzadılmayıb".

Bunu Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.

O söyləyib ki, razılaşmanın Moskva ilə bağlı hissəsi yerinə yetirildikdən sonra Rusiya dərhal Taxıl sazişi ilə bağlı sövdələşməyə qayıdacaq.

D. Peskov onu da deyib ki, Rusiyanın Taxıl sazişi ilə bağlı mövqeyi iyulun 17-də Krım körpüsünə hücumdan əvvəl də açıqlanıb və hadisə məsələyə təsir göstərməyəcək.

Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan Taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Xatırladaq ki, Ukrayna və Rusiya dünyanın aparıcı taxıl ixracatçılarıdır(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər