20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycandan Rusiyaya avtomobil ixracı artır - İqtisadçı
Tarix: 20-07-2023 09:46 | Bölmə: İqtisadiyyat
Azərbaycandan Rusiyaya avtomobil ixracı artır

Ermənistandan Rusiyaya avtomobil ixracı 2023-cü ilin yanvar ayında 225 dəfə artaraq 180 milyon dollara çatıb. Rusiyaya qarşı sanksiyalar fonunda avtomobil istehsal etməyən ölkədən avtomobil ixracı artıq təəccüblü görünmür. Çünki bu, sanksiyalardan yayınmanın bir üsuludur.

Reyting.az
xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

İqtisadçı Samir Əliyev isə deyir ki, bu, paralel idxal adlanır. Onun sözlərinə görə, Rusiyanın VTB bankının açıqlamasında bildirilir ki, ölkədə satılan hər 10-cu yeni avtomobil paralel idxal çərçvəsində gətirilir.

Qeyd olunur ki, 2022-ci ilin martında ABŞ tam olaraq, daha sonra dördüncü sanksiya paketi çərçivəsində 50 min avrodan baha avtomobil ixracını Rusiyaya qadağan edib.

S. Əliyev deyib ki, bu ilin 2 ayı ərzində, yəni aprel-may aylarında Azərbaycandan Rusiyaya 21,8 milyon dollar dəyərində avtomobil ixrac olunub: "Bunun 14,3 milyonu aprel, 7,5 milyonu may ayının payına düşür. Bunlar mühərrikinin həcmi 2500 sm³-dən çox olan sıxılmaqla alışan DYM-li (dizel) minik avtomobillərdir. 2023-cü ilin yanvar-may aylarından Azərbaycandan bu ölkəyə qeyri-neft ixracı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 53,4 faiz artıb”.

Maraqlıdır ki, 2023-cü ilin ilk 5 ayında Qazaxıstandan Rusiyaya ixrac əvvəlki ilin analoji dövrü ilə müqayisədə 1,4 dəfə artaraq 4 milyar dollara yüksəlib.

İqtisadçının fikrincə, yəqin ki, Azərbaycanın qeyri-neft ixracında artımı növbəti aylarda da müşahidə edəcəyik. Bu artımın əsas drayver ölkəsi Rusiya, məhsulu avtomobillər olacaq.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər