20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İqtisadçı: "Nazirlik əmrlə qiymət təyin edə bilməz, amma..."
Tarix: 24-07-2023 13:17 | Bölmə: İqtisadiyyat
İqtisadçı: "Nazirlik əmrlə qiymət təyin edə bilməz, amma..."

"Keçən ay Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bəyan etdi ki, taksi xidmətində qiymətlər birmənalı olaraq qalxacaq. Üstəlik, nazir bildirdi ki, məqsəd taksi gedişlərinin sayını azaltmaqdır. Bu gün “Uber”, “Bolt” və “Yango” şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN-dir, əvvəllər bu məbləğ 1-1,60 AZN aralığında dəyişirdi".

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

N. Cəfərli bildirib ki, qanunlara görə hökumət Tarif Şurasının səlahiyyətlərinə daxil olan sahələrdən başqa digər sahələrdə qiymət qoya, təyin edə bilməz:

"Taksi xidməti hökumət tərəfindən tənzimlənməyən xidmət sahəsidir. Əgər eyni gündə 3 müxtəlif taksi xidməti şirkəti eyni qiymət təyin edirsə, deməli, bunu hökumət istəyib.

Yaxşı, hansı əsasla hökumət bu addımı atıb?! Əslində bu, biznesin işinə müdaxilədir, qanuni əsası yoxdur. Yəni, nazirlik əmrlə qiymət təyin edə bilməz, amma edir – ölkədə son 10 ildə qiyməti ucuzlaşan yeganə sahə olan taksi xidmətinin işinə müdaxilə edir, hətta bazara yeni daxil olmuş “Uklon” taksi şirkətinə lobbiçilik edir, çünki, bu gün qiyməti artıran şirkətlər sırasında “Uklon” yoxdur.

Bundan başqa, “Uklon” şirkəti klassik “dumping”-lə məşğuldur, qiymətləri ucuz edib ki, digər şirkətləri bazardan çıxartsın, məntiqlə, anti-inhisar orqanları belə işlərlə məşğul olmalıdırlar, onlar isə gedib məhəllə dükanlarına diqqət ayırır. Görəsən, bu sullara, yaranmış vəziyyətə hökumət izah gətirəcəkmi?! Təbii yox, niyə bizə hesabat-açıqlama verməlidirlər ki?! Hesabatlı hökumətin formalaşması üçün biz nə etmişik ki, açıqlama da versinlər?".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər