Daha 22 nəqliyyat vasitəsi özəlləşdirilib
Tarix: 27-07-2023 10:45 | Bölmə: İqtisadiyyat
Daha  22 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti özəlləşdirmə hərracında 22 nəqliyyat vasitəsi satılıb.

Reyting.az
Dövlət Xidmətinə istinadla xəbər verir ki, avtomobillərə ümumilikdə 82 sifariş qəbul edilib.

Hərracda “KAMAZ 65113 D3” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsinə maraq daha çox olub. Onun ilkin satış qiyməti 10 000 manat olsa da, ən son təklif 18 000 manata yüksəlib. Bundan başqa, 9 000 manat ilkin satış qiyməti ilə təklif edilən “Kia Sorento” markalı nəqliyyat vasitəsi 13 200 manata satılıb.

Özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/357Coj linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 1, 8 və 15 avqust tarixlərində keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}