Daha bir bələdiyyə sədri cəzalandırılıb
Tarix: 01-08-2023 10:17 | Bölmə: İqtisadiyyat
Daha bir bələdiyyə sədri cəzalandırılıb

İsmayıllı rayonunda bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Soltankənd kəndi ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}