Prezident "Valyuta tənzimi haqqında” qanunla bağlı fərman imzalayıb
Tarix: 01-08-2023 12:52 | Bölmə: İqtisadiyyat
Prezident "Valyuta tənzimi haqqında” qanunla bağlı fərman imzalayıb

Prezident İlham Əliyev "Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, Fərmana əsasən, valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına, yəni AMB-ə ərizə ilə müraciət etməlidir.

Eyni zamanda valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün girov vəsaitinin məbləğini də AMB müəyyənləşdirəcək.

Quruma tövsiyə edilib ki, aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat versin:

- valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddi;

- məlumatın forması;

- valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün girov vəsaitinin məbləği;

- valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin nizamnamə (şərikli) kapitalının minimum miqdarı, habelə mübadilə fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyəti həyata keçirdiyi hər ikinci və növbəti obyekt üçün nizamnamə (şərikli) kapitalının artırılmalı hissəsinin miqdarı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}