Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
Tarix: 02-08-2023 09:30 | Bölmə: İqtisadiyyat
Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

Reyting.az
xəbər verir ki, baş nazir Əli Əsədovun qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il oktyabrın 2-dək uzadılıb.

Qeyd edək ki, bu müddət iyulun 1-də başa çatmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}