Novella Cəfəroğlu: “BNA-dakı korrupsiyaya Vüsal Kərimli cavabdehdir”
Tarix: 02-08-2023 11:38 | Bölmə: İqtisadiyyat
Novella Cəfəroğlu: “BNA-dakı korrupsiyaya Vüsal Kərimli cavabdehdir”

“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirirsə, məzuniyyətdə olan sədr yoxlama getdiyi üçün orada olmaqda maraqlı olmalıdır. Bəzi məsələlərə dair Vüsal Kərimlinin özü açıqlama verə bilər. BNA-nın sədridirsə, bir material da onun “qol”u olmadan gedə bilməz. Vüsal Kərimlinin qurumda olması vacibdir. Sədr məzuniyyətdən geri çağırılmalı idi. Ağır xəstədirsə, xəstəxanada yatırsa, bu, ayrı məsələdir”.

Reyting.az
“Pravda”-ya istinadla xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, BNA-da hər şeyə sədr cavabdehdir:

“BNA-da korrupsiya aşkarlayıblarsa, onda sədrlə birgə “balacalar”ın hamısı getməlidilər. Qurumda olan işlərə hamısı cavbdehdirlər”.

N. Cəfəroğlu ötən il Hesablama Palatası tərəfindən BNA-da milyonların mənimsənildiyinin aşkarlanması, buna baxmayaraq, Vüsal Kərimlinin hələ də vəzifədə saxlanılması barədə iradlara belə cavab verib:

“Korrupsiya aşkarlandığı halda sədr açıqlama verirsə ki, “mənim bundan xəbərim yoxdur, imzam yoxdur”, onda bu, ayrı söhbətdir, onda sədri saxlaya bilərlər. Təkcə Azərbaycanda yox, heç bir yerdə sədrsiz korrupsiya gedə bilməz. Əlbəttə, Vüsal Kərimlinin hər şeydən xəbəri var. Hamısı getməlidir”.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}