20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa bankı Rusiyada dollar və avro satışını dayandırsa da, ölkəni tərk etmək istəmir
Tarix: 02-08-2023 13:23 | Bölmə: İqtisadiyyat
Avropa bankı Rusiyada dollar və avro satışını dayandırsa da, ölkəni tərk etmək istəmir

Avstriyanın “Raiffeisen” Bankı əvvəlcədən planlaşdırıldığı kimi sentyabrın 30-dək Rusiya bazarını tərk etməyəcək.

Reyting.az
xəbər verir ki, bank qrupunun baş direktoru İohan Strobl bankın əvvəlcədən planlaşdırıldığı kimi sentyabrın 30-dək Rusiya bazarını tərk etməyəcəyini qeyd edib.

“Biz spin-off üçün ən erkən tarix kimi 30 sentyabrı göstərdik və bu günə kimi bu, çətin görünür. Düşünürəm ki, növbəti bir neçə həftə ərzində daha çox məlumat alacağıq, ən azı gözlədiyimiz budur”,- o deyib.

Qeyd edək ki, Avropa İttifaqının səlahiyyətlilərinin bankın Rusiya bazarını tərk etməsini dəfələrlə tələb etməsinə baxmayaraq, bank 2023-cü ilin əvvəlindən Rusiyadakı mənfəətini üç dəfə artırıb.

23 may 2023-cü ildə “Raiffeisen”-in Rusiya bölməsindən qurtulmaq qərarına gəldiyi barədə məlumatlar yayılıb. Bildirilib ki, “Raiffeisen Bank International” alıcı tapmaq üçün bir neçə aylıq uğursuz cəhdlərdən sonra Rusiya biznesini səhmdarlara təhvil verməyə hazırlaşır. 14 iyun 2023-cü ildə Avropa Mərkəzi Bankı Avstriyanın “Raiffeisen” Bankı və İtaliyanın “UniCredit” Bankı da daxil olmaqla, bir neçə Avropa bankının Rusiyada pul qazanmağa davam etdiyini qeyd etməklə yanaşı, Avrozona banklarını bütün əməliyyatlarını məhdudlaşdırmağa və Rusiyanı dərhal tərk etməyə çağırıb.

6 iyul 2023-cü ildə məlum olub ki, “Raiffeisen Bank International” Rusiyanı tərk etmək planlarını təxirə salır, çünki Rusiya hakimiyyəti banka onun Rusiyada qalmasını istədiklərini bildirib.

1 avqust 2023-cü il tarixindən etibarən “Raiffeisen”-in Rusiya bölməsi bu ölkədəki fərdi müştərilərdən nağd valyuta alışını dayandırıb. Bu qərar bankın valyuta mövqeyini “səmərəli idarə etmək” zərurəti ilə izah edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər