20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İqtisadçı: "İşğaldan azad edilən rayonlara 1,5 milyon əhali köçsə, ölkə üçün yeni inkişaf imkanları yarana bilər"
Tarix: 05-08-2023 15:50 | Bölmə: İqtisadiyyat
İqtisadçı: "İşğaldan azad edilən rayonlara 1,5 milyon əhali köçsə, ölkə üçün yeni inkişaf imkanları yarana bilər"

"Azərbaycanda 2022-ci ilin nəticələrinə görə hər 1000 nəfərə 162 ədəd avtomobil düşüb, Gürcüstanda bu göstərici 300, Ermənistanda 200 ədəddən çoxdur".

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

N. Cəfərlinin fikrincə, "ölkədə maşın çoxdur, ona görə də tıxaclar var",- yanaşması yanlışdır.

İqtisadçıya görə, problem odur ki, əhalinin yarısı Bakıdadır, infrastruktur pisdir, nəqliyyatın idarəetməsi bərbaddır: "Ölkənin bütün iqtisadi fürsətləri Bakı və Abşerona toplanıb, regionlarda iş-güc, sosial-iqtisadi fürsətlər yoxdur - bu isə ölkənin qeyri-proporsional və əcaib "inkişafına" səbəb olub”.

N. Cəfərli qeyd edib ki, hərbi qələbəmizdən sonra işğaldan azad edilən ərazilərimizə köç ləngiyir, bunun obyektiv səbəbləri də var, amma sistem problemləri həll edilməsə, köç olmayacaq: “Hökumət son 30 ildə əhalinin Bakı və Abşerona köç etməsinin səbəblərini çözə bilməyibsə, Qarabağ və Şərgi Zəngəzura da camaatı orqanik, təbii yolla köçürə bilməyəcək - hərçənd tarixi fürsət yaranıb ki, əhali və iqtisadi fürsətləri ağıllı və proporsional şəkildə ölkə ərazisinə yayıb Bakını yaşanabilər hala gətirək. Bunun üçün ilk addım idarəetmə sisteminin dəyişməsi olmalıdır, ardınca doğru iqtisadi təşviq siyasəti də olsa, bu işi bacarmaq olar. İşğaldan azad edilən rayonlara təbii yolla 1,5 milyon əhali köçsə, bu zaman ölkə üçün yeni inkişaf imkanları yarana bilər".

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər