Şirkətlər “Azəriqaz”ı məhkəməyə veriblər
Tarix: 07-08-2023 13:38 | Bölmə: İqtisadiyyat
Şirkətlər “Azəriqaz”ı məhkəməyə veriblər

Dövlət Neft Şirkətinin (SOCAR) mühüm struktur vahidlərindən biri olan “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə verilib.

Reyting.az
Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “4 №-li Magistral Yolların İstismarı” MMC və "QARDAŞLIQ" Firması Bakı Kommersiya Məhkəməsində sözügedən şirkətə qarşı iddia qaldırıb.

Birinci iddia üzrə işin mahiyyəti açıqlanmayıb. İkinci iddia icarə müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Kommersiya mübahisəsi müvafiq olaraq hakim Aytən Əliyeva və hakim Zaur Pirverdiyevin sədrliyilə araşdırılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}