20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyanın büdcə kəsiri artır, gəlirləri azalır
Tarix: 08-08-2023 18:14 | Bölmə: İqtisadiyyat
Rusiyanın büdcə kəsiri artır, gəlirləri azalır

2023-cü ilin yanvar-iyul aylarının nəticələrinə görə, Rusiya büdcəsinin kəsiri bütün il üçün nəzərdə tutulan 2,9 trilyon rubl səviyyəsinə qarşı 2,81 trilyon rubl və ya ÜDM-nin 1,8 faizini təşkil edib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkənin Maliyyə Nazirliyinə istinadla bildirib.

Məlumata görə, ay ərzində bu rəqəm 222 milyard rubl artıb.

Bu dövr üçün büdcə gəlirləri illik ifadədə 7,9 faiz azalaraq 14,525 trilyon rubl olub. Eyni zamanda, xərclər 17,341 trilyon rubla qədər artıb ki, bu da 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 14 faiz çoxdur.

Neft və qaz gəlirləri 41,4 faiz azalaraq 4,19 trilyon rubl təşkil edib. Qeyri-neft və qaz gəlirləri isə əksinə, 19,8 faiz artaraq 10,3 trilyon rubla çatıb.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər