20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər
Tarix: 11-08-2023 11:22 | Bölmə: İqtisadiyyat
Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər

Azərbaycanın qeyri-neft ixracatında Türkiyə ilə Rusiyanın payı arasındakı fərq azalmaqdadır. Bu ilin birinci yarısında ümumi qeyri-neft ixracatının 31.1 faizi Rusiyanın payına düşdüyü halda Türkiyə 28.9 faiz paya sahib olub.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, sözügedən ölkələrin qeyri-neft ixracatında payı arasındakı fərq cüzidir.

V. Bayramovun fikrincə, fərqdəki azalma həm də o deməkdir ki, ümumi artım tendensiyasında ciddi dəyişikliklər olmayacağı halda 2023-cü ildə Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər. Bu tərəfdaşlıqda ilk beşliyi Gürcüstan (10,2 faiz), İsveçrə (3,9 faiz) və Qazaxıstan (3,3 faiz) qapayır. Bütövlükdə, həmin müddətdə qeyri-neft/qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1 milyard 773 milyon dollara çatıb.

V. Bayramov qeyd edib ki, son 3 ildə qeyri-neft ixracatında illik artım tendensiyası qorunub saxlanılıb:

“Bu il neftdən kənar ixracatın 3.5 milyard dollara yaxınlaşacağı gözlənilir. Digər tərəfdən, bu müddətdə ümumi ixracatın həcmi 14 milyard 755 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatının artmasına baxmayaraq, ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər