20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Şəkər çuğundurunun alış qiyməti artırılıb
Tarix: 14-08-2023 15:20 | Bölmə: İqtisadiyyat
Şəkər çuğundurunun alış qiyməti artırılıb

"Azərsun Holdinq" MMC-yə məxsus "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (İmişli Şəkər Zavodu) məhsul yığımı ərəfəsində şəkər çuğundurunun fermerlərdən tədarük qiymətinin artırılması barədə qərar qəbul edib.

Reyting.az
xəbər verir ki, 2023/2024-cü təsərrüfat ilində qışlıq və yazlıq mövsümü üzrə qəbul olunacaq şəkər çuğundurunun alış qiymətləri ötən illə müqayisədə hər bir ton üçün şəkərlilik faizinə uyğun olaraq 4 manat artırılıb.

Bununla da şəkər çuğundurunun 1 tonunun alış qiyməti orta hesabla 12 % şəkərliliklə 65 manatdan 69 manata, 13 % şəkərliliklə 68 manatdan 72 manata, 14 % şəkərliliklə 73 manatdan 77 manata, 15% şəkərliliklə 77 manatdan 81 manata və 16% şəkərliliklə 81 manatdan 85 manata qaldırılıb.

Bu il 22 rayonda 4 534,9 hektar şəkər çuğunduru əkilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər