Dövlətə məxsus yeni əmlaklar satışa çıxarılır
Tarix: 14-08-2023 17:37 | Bölmə: İqtisadiyyat
Dövlətə məxsus yeni əmlaklar satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 5-də, 11-də, 12-də və 14-da növbəti dəfə özəlləşdirmə hərracları keçirəcək.

Reyting.az
xəbər verir ki, sentyabrın 5-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi və 2 avadanlıq çıxarılıb. Bunların sırasında müxtəlif markalı minik avtomobilləri ilə yanaşı, traktor da var.

Sentyabrın 11-də keçiriləcək hərraca isə “AqrarKredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan 9 nəqliyyat vasitəsi çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixi 2008-2013-cü illəri əhatə edir.

Sentyabrın 12-də təşkil olunacaq hərracda isə 13 obyekt və 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi imkanı yaradılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza da var.

Sentyabrın 14-də keçiriləcək hərraca isə “Dəmir Bank” ASC-ə məxsus 4 daşınmaz əmlak çıxarılıb.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə buradan tanış olmaq mümkündür: https://clck.ru/33TqtH




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}