20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyada inflyasiya artır, Mərkəzi Bank əsas faiz dərəcəsini qaldırıb
Tarix: 15-08-2023 18:17 | Bölmə: İqtisadiyyat
Rusiyada inflyasiya artır, Mərkəzi Bank əsas faiz dərəcəsini qaldırıb

Rusiyada inflyasiya təzyiqi artmaqda davam edir. Ötən həftə Rusiya rublunun bir dollar üçün 100 vahidə düşməsi fonunda, Rusiya Bankının Direktorlar Şurası fövqəladə iclasında əsas uçot dərəcəsini 3,5 faiz qaldırmaq qərarına gəlib.

Reyting.az
“RosSMI”-yə istinadla bildirir ki, bu qərar qiymət sabitliyinə dair riskləri məhdudlaşdırmaq üçün qəbul edilib.

Mərkəzi Bankın qərarından sonra rubl nəhayət ki, ucuzlaşıb: dollar 98 rubldan yuxarı, yuan təxminən 13,4 rubl, avro isə 107 rubldan yuxarıdır.

“Avqustun 7-nə illik inflyasiya səviyyəsi 4,4 faizə yüksəlib. Eyni zamanda, qiymət artımının cari tempi də sürətlənməkdə davam edir. Orta hesabla, son üç ayda mövsümi təsirlərdən təmizlənmiş cari artım müşahidə olunub. Bu, il üzrə 7,6 faiz təşkil edib. Baza inflyasiyanın eyni göstəricisi 7,1 faizə yüksəlib”, - rəsmi press-relizdə deyilir.

Qeyd edək ki, 9 avqust 2023-cü ildə Rusiya rublu dünyanın ən zəif valyutaları üçlüyünə daxil olub. 2023-cü ilin yeddi ayı ərzində rubl dollar qarşısında 57 faiz dəyər itirib.

12 avqust 2023-cü ildə Rusiya rublu bir dollar üçün 100 vahidə qədər ucuzlaşıb. Həmin gün axşam saatlarında olan məlumata görə, 1 dollar 100 Rusiya rublu olub. Avronun məzənnəsi isə 109,64 rubl təşkil edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər