20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dövlətə məxsus iki kiçik dövlət müəssisəsi və 23 maşın hərracda satılıb
Tarix: 16-08-2023 16:43 | Bölmə: İqtisadiyyat
Dövlətə məxsus iki kiçik dövlət müəssisəsi və 23 maşın hərracda satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 23 nəqliyyat vasitəsi özəlləşdirilib.

Reyting.az
xəbər verir ki, özəlləşdirilən əmlakların sırasında Oğuzda yerləşən “Şahdağ” yeməkxanası və Şəkidə yerləşən yeraltı dayanacaq da var.

Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, hərracda 1 700 manat start qiyməti ilə təklif edilən “Hyundai Getz” markalı avtomobil 8 000 manata satılıb. İlkin qiyməti 4 000 manata olan “VAZ 21723” markalı avtomobil isə 7 900 manata özəlləşdirilib.

Hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 259 370 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 22 və 29 avqustda keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər