20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
"Çovdar”, “Yuxarı Salahlı”, “Aşağı Zəyəmçay”... - Bu yataqlar satışa çıxarılıb
Tarix: 16-08-2023 17:40 | Bölmə: İqtisadiyyat
"Çovdar”, “Yuxarı Salahlı”, “Aşağı Zəyəmçay”... - Bu yataqlar satışa çıxarılıb

Sentyabrın 27-də, saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə yerin təkindən istifadə ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Reyting.az
Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərracda Daşkəsən rayonundakı “Çovdar” keramika xammalı yatağı, Ağstafa rayonundakı “Yuxarı Salahlı” qum-çınqıl yatağı, Tovuz rayonundakı “Aşağı Zəyəmçay” qum-çınqıl yatağı, Şəmkir rayonundakı “Aşağı Zəyəmçay” qum-çınqıl yatağı, İmişli rayonundakı “İmişli” qum-çınqıl yatağı, İmişli rayonundakı “Bəhrəmtəpə I” qum-çınqıl yatağı satışa çıxarılacaq.

Başlanğıc qiyməti 3 000-36 260 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar lazımi sənədləri sentyabrın 20-si, saat 18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.

Hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% beh ödəmək istəyənlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 A).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər